Pakistan XİN başçısı 125 vətəndaşın İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkəsinin 125 vətəndaşının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə nazir "X"də yazıb.
"Pakistan vətəndaşlarını İrandan qəbul etdikləri üçün Azərbaycan hökumətinə ürəkdən təşəkkür edirəm. Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə və qardaşım Ceyhun Bayramova, eləcə də Astara sərhəd keçid məntəqəsindəki bütün Azərbaycan hökumət rəsmilərinə bu çətin dövrdə sürətli yardım göstərdikləri üçün səmimi minnətdarlığımı bildirmək istəyirəm. Təyyarə bu gün həmin 125 nəfəri Azərbaycandan Pakistana gətirəcək", - deyə İ.Dar vurğulayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə 125 nəfəri artıq Bakıdan Lahora yola saldıqlarını bildirib:
"Pakistan xarici işlər naziri Məhəmməd İshaq Darın göstərişi ilə Pakistanın Azərbaycandakı səfirliyi İrandan 125-dən çox ölkə vətəndaşını, o cümlədən Tehrandakı Pakistan səfirliyinin bəzi əməkdaşlarını və onların ailələrini uğurla təxliyə edib. Bu gün onlar Bakıdan Lahora təhlükəsiz şəkildə geri göndərilib".
Oxşar xəbərlər
Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Ceyhun Bayramov və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub
Pakistan Baş naziri COP29-da iştirak edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib - YENİLƏNİB
Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












