Azərbaycan Ordusunun artilleriya bölmələrinin - xüsusi təlimi keçirilir - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun artilleriya bölmələrinin - xüsusi təlimi keçirilir - VİDEO




Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Müdafiə Nazirliyindən (MN) Sizinxeber.az-ə verilən xəbərə görə, təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib:

"Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib"- deyə nazirliyin məlumatında qeyd edilib.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komando bölmələri ilə məşğələlər keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər