Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Müdafiə Nazirliyindən "Sizinxeber.az"a verilən xəbərə görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Oxşar xəbərlər
Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər
Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - VİDEO
Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Rusiya Ermənistandakı bazasına “hücumun” qarşısını aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













