Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun artilleriya bölmələrinin xüsusi təlimi keçirilir


Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair zabitlərin məruzələri dinlənilib. Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.

"Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO
Komando bölmələri ilə məşğələlər keçirilir - FOTO
Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər
Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle