Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasının gündəliyi açıqlanıb
sizinxeber.az xəbər saytı

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasının gündəliyi açıqlanıb


Milli Məclisin mayın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

"Sizinxeber.az" xəbər verir ki, yaz sessiyasının sonuncu plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. 

Gündəlikdəki məsələlər aşağıdakılardır: 

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı.

2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (üçüncü oxunuş)

3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

4. Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qaunun layihəsi (ikinci oxunuş)

5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

6. Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

9. “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

10. Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara dəyişiklik edilməsi qanun layihəsi (birinci oxunuş)

Oxşar xəbərlər

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər