Qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi təklif olunub
sizinxeber.az xəbər saytı

Qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi təklif olunub


Təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi təklif olunub.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Məlumatda bildirilib ki, təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi, eləcə də təhsilin bütün pillələrinə aid tədris resursları üzrə gender ekspertizasının keçirilməsi təklif olunub.

Bundan başqa, Komitə təklif edib ki, təhsil müəssisələrində, xüsusilə, ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq, təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlər müəyyən olunsun.

Eyni zamanda, ali təhsil müəssisələrində liderlik, idarəetmə, qərarvermə, sağlam, yaradıcı, sərbəst düşünmə, düşüncələri ifadəetmə bacarıqlarının inkişafı üzrə də fənlərin tədrisi təklif olunub.

Oxşar xəbərlər

Atalara verilən ödənişsiz məzuniyyətin ödənişli olması təklif edilib
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib
Deputat: Gender bərabərliyi deyəndə kişilərin hüquqlarının diskriminasiyasından söhbət getməməlidir
Deputat: Azərbaycanda selektiv abortlar qismən azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər