Nazir müavini: Azərbaycan bu il Afrikanın bəzi ölkələri ilə əməkdaşlığı genişləndirəcək
Azərbaycanın bu il Afrikanın bəzi ölkələri ilə əməkdaşlığı genişlənəcək.
“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, həmin ölkələr sırasında Efiopiya, Somali, Qvineya və s. var: “COP-29-dan sonra Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Ona görə də bəzi Afrika ölkələri ilə diplomatik təmsilçiliyin genişləndirilməsi müzakirə olunur”. Bu münasibətlərdə həmişə BMT Nizamnaməsində də suveren bərabərlik prinsipi əhəmiyyət kəs edir. Hər bir dövlət buna uyğun münasibətlərini qurmalıdırlar.
Nazir müavini onu da bildirib ki, Frankafoniya təşkilatındakı bəzi dövlətlər platformanın başqa məqsədlərlə istifadəsinə yol verir. Əlavə edib ki, təşkilatın daxilində Azərbaycanın dostları çoxdur: “Ümid edirik ki, dost ölkələr təşkilatın prinsiplərinə uyğun yanaşmadan çıxış edəcəklər”.
O vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeyi beynəlxalq hüquqa və prinsiplərə əsaslanır: “Bizim siyasətimiz heç bir tərəfin mövqeyinə toxunmamaq kimi yox, beynəlxalq hüququn tələblərinə əsaslandığı kimi açıqlanır. Bu, Hindistan-Pakistan münasibətləri ilə bağlı mövqeyə də aiddir.
Hindistanın Ermənistanı silahlandırmasına gəlincə, hazırda həssas dönəmdəyik və üçüncü ölkələrdən, xüsusilə Hindistandan gözləntimiz budur ki, münasibətlərə xələl gətirəcək addımlar atılmasın. Azərbaycan üçün Hindistan vacib ölkədir”.
Oxşar xəbərlər
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Ermənistanda etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Afrikada diplomatik təmsilçiliyini genişləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












