sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Milli Məclisi ilə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb
Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub.
"Sizinxeber.az" xəbər verir ki, Azərbaycan Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq memorandumu imzalanıb
Sahibə Qafarova BƏƏ-yə rəsmi səfər edib
QH Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













