Mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsi qəbul edilib
sizinxeber.az xəbər saytı

Mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsi qəbul edilib


Milli Məclis mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsini təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında "Aviasiya haqqında" qanunun icrası ilə əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Sənədə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub.

Qanun layihəsində həmçinin qeyd edilib ki, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10 manat, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi üçün 10 manat, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu ödəniləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
PUA-lara qeydiyyat sertifikatının verilməsi üçün rüsum müəyyənləşir
Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək
Azərbaycanda aviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər