PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
sizinxeber.az xəbər saytı

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir


Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
PUA-lara qeydiyyat sertifikatının verilməsi üçün rüsum müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni rüsum müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni dövlət rüsumları müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni dövlət rüsumları müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər