Deputat: Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkir
sizinxeber.az xəbər saytı

Deputat: Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkir


Bəzi vətəndaşlar pensiya yaşına az qalmış işdən azad olunur və nəticədə iş tapmaqda çətinlik çəkirlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ombudsmanın illik məruzəsində pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur:

"Ancaq pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına iki ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktiki digər dövlətlərdə də tətbiq olunur. Bu baxımdan Azərbaycanda da pensiya yaşına iki il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməsi məqsədəuyğun olardı".

Oxşar xəbərlər

Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? - Ekspert [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qadınların pensiya yaşı artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların səlahiyyətlərinin artırılması təklif olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər