Azərbaycan və Tacikistanın iqlim dəyişikliyi ilə mübarizədə həyata keçirdiyi tədbirlər müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 16-da COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, qonağı salamlayan spiker Sahibə Qafarova ölkəmizin ev sahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına görə qonağa təşəkkürünü bildirib.
Görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycan və Tacikistan tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə parlamentlərin mühüm rolu qeyd edilib.
Mahmadtoir Zokirzoda COP29-un yüksək səviyyəli təşkilinə görə təbriklərini çatdırıb, COP29-un və Parlament Görüşünün əhəmiyyətini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb. Spiker Sahibə Qafarova dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.
Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti də diqqətə çatdırılıb. Milli Məclisin sədri Sahibə Qafarova özünün Tacikistana, qarşı tərəfin isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq, bildirib ki, bu səfərlər münasibətlərimizin yüksək səviyyəsinin, qarşılıqlı dəstəyin göstəricisidir.
Söhbət zamanı hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın, deputatların qarşılıqlı səfərlərinin münasibətlərin dinamikasına müsbət təsirləri qeyd edilib.
Oxşar xəbərlər
Sahibə Qafarova: Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan parlamentinin sədri: COP29 milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












