MM oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

MM oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib


Milli Məclis oğurluq, özgənin əmlakını gizli talamaya görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib.

"Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

Sənədə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə görə isə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilib ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olur.

Layihəyə əsasən, bu dəyişikliklər həmin cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması ilə az ağır cinayət hesab edilməsinə səbəb olur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Oğurluğa görə cəza sərtləşdirilir
MM qanunsuz süni mayalanmaya görə cəzaların sərtləşdirilməsini ilk oxunuşda qəbul edib
Yaşıllıqları məhv edənlərin 8 ilədək azadlıqdan məhrum edilməsi son oxunuşda təsdiqlənib
Yaşıllıqları məhv edənlərin 8 ilədək azadlıqdan məhrum edilməsi I oxunuşda təsdiqlənib
Qanunsuz abort və tibb işçilərinin işə laqeyd münasibətinə görə zərərvurmaya dair cəzalar sərtləşdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər