Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub
sizinxeber.az xəbər saytı

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

APA xəbər verir ki, dövlət başçısına məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

Oxşar xəbərlər

Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO
Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO - YENİLƏNİB
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər