Baş Prokurorluğa yeni səlahiyyət verilib
sizinxeber.az xəbər saytı

Baş Prokurorluğa yeni səlahiyyət verilib


Baş Prokurorluğa yeni səlahiyyət verilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib. Dəyişikliyə əsasən, bu səlahiyyət Baş Prokurorluğa da verilib.

Oxşar xəbərlər

Baş Prokurorluğa yeni səlahiyyət verilir
Baş Prokurorluğa ƏDV-dən azadolma ilə bağlı səlahiyyət verilib
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ilk oxunuşda qəbul edilib
Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər