sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan lideri Estoniya Prezidentinə təbrik ünvanlayıb
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kamboca Kralına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Şri-Lanka dövlət başçısına təbrik məktubu ünvanlayıb
Azərbaycan lideri Qambiya Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev finlandiyalı həmkarına təbrik ünvanlayıb
Prezident İlham Əliyev ekvadorlu həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













