Xəsarət alan və həlak olan minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsinə dair təkliflər hazırlanacaq
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflər hazırlanacaq.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Minatəmizləmə fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.
Nazirlər Kabineti minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Oxşar xəbərlər
Minatəmizləmə fəaliyyətinə dair tələblər müəyyənləşəcək
Minatəmizləmə fəaliyyətinin qiymətləndirilməsi üçün haqq müəyyənləşdiriləcək
Azərbaycanda minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur
Minatəmizləmə zamanı həlak olanlara şəhid adının verilməsi təklif olunub
Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













