sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Putin Prezident İlham Əliyevə zəng edib
Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













