Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTO - YENİLƏNİB


Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

APA xəbər verir ki, sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.

Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi: Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.

Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var - “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.

***

16:28

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Bu barədə APA-nın Türkmənistana ezam olunmuş muxbiri xəbər verir.

Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqı adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib
Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib - FOTO
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub - YENİLƏNİB
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib - YENİLƏNİB
Əli Əsədov Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevlə üçtərəfli görüş keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər