Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb


Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb.

APA xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi - etiraf etmək, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və təzminat ödənilsin ailələrə. Qurbanların və yaralıların ailəsinə, AZAL-ın təyyarəsinə də görə təzminat ödənilməlidir”.

Oxşar xəbərlər

Dövlət başçısı: Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq
Azərbaycan AZAL təyyarəsinə görə Rusiyaya qarşı beynəlxalq məhkəməyə müraciət üçün sənədlər hazırlayır
Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Prezident İlham Əliyev Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər