Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
sizinxeber.az xəbər saytı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib


Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 45 min 30 müraciət daxil olub.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Məlumata əsasən, müraciətlərdən 24 min 67-si əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Bununla yanaşı, müraciətlərdən 6 min 825-i Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması, 1572-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1270-si isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

Vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı isə 233 təşkil edib.

Oxşar xəbərlər

DMX: Ötən il Azərbaycanda yaşamaq üçün 80 minə yaxın müraciət qeydə alınıb
DMX: Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər
Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib
Yarımildə 33 mindən çox əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər