Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
sizinxeber.az xəbər saytı

Bu gün XTQ-nin yaradılmasından 26 il ötür


Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür.

"Report" xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

İkinci Qarabağ Müharibəsi zamanı da XTQ şəxsi heyəti xüsusi qəhrəmanlıq göstərib.

Onu da qeyd edək ki, bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 36 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

8 noyabrda İlham Əliyev XTQ komandanı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib.

Oxşar xəbərlər

Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir
Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsi anılıb
Baş gizir: "Azərbaycan Ordusu Daşaltı əməliyyatının qisasını tam aldı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər