Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.
"Report" xəbər verir ki, TMİF-nin prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-nin atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakçılığının daha da artırılmasının vacibliyini vurğulayıb.
TMİF-nin muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.
Yekunda Leyla Əliyeva TMİF-nin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətlərinə türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası, dəstəklənməsi daxildir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları üzv, Macarıstan isə müşahidəçi dövlət qismində TMİF-nin fəaliyyətində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna daxil olması türk xalqları arasında əlaqələri möhkəmləndirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Arzu və Leyla Əliyevaları COP29-da fəal iştiraklarlarına görə təltif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












