Əziz Ələkbərli: Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür
sizinxeber.az xəbər saytı

Əziz Ələkbərli: Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür


Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli aprelin 22-də Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər hər zaman dünya ictimaiyyətini yalanlarına inandırmağa çalışıblar: “Həmin beyinlərdən saxtakarlıqları çıxarmaq, sonra həqiqətləri təqdim etmək lazımdır. Erməni yalanlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür”.

Sədr əlavə edib ki, Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı böyük işlər gedir: “Bu, təkcə Qərbi azərbaycanlıların məsələsi deyil, 60 milyonluq azərbaycanlıların məsələsidir”.

Oxşar xəbərlər

Kamran İmanov: Ermənilərin böyük həvəslə istinad etdikləri saxta əlyazmaların orijinalları tapılmır
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"
İcma sədri: Erməni soyadlarının 70 faizi Azərbaycan-türk adlarından ibarətdir
İcma sədri: Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı gənclərdən asılıdır
Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər