DTX-nin rəis müavini: Münaqişə dövründə Ermənistan etnik təmizləmə və soyqırımı cinayətləri törədib
sizinxeber.az xəbər saytı

DTX-nin rəis müavini: Münaqişə dövründə Ermənistan etnik təmizləmə və soyqırımı cinayətləri törədib


Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib.

"Report" xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-leytenant Şərafət Həsənov danışıb.

O bildirib ki, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub: "Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub".

General-leytenant qeyd edib ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı Azərbaycan silahlı münaqişəyə cəlb edilib və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşib.

"Hərbi əməliyyatlar nəticəsində 19 mindən artıq vətəndaşımız öldürülüb və ya itkin düşüb. 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb. 900-dən çox yaşayış məntəqəsi tamamilə dağıdılıb, ərazilərin infrastrukturuna və ekologiyasına milyardlarla dollarla ölçülən ziyan vurulub, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib", - Ş.Həsənov vurğulayıb.

Oxşar xəbərlər

DTX generalı: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə erməni tərəfi ilə əməkdaşlığa hazırıq
Azərbaycanlı əsirlər işgəncələrə məruz qoyulub - Eldar Səmədov
Azərbaycanda 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb
İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
İkinci Qarabağ müharibəsi bitdiyi gündən indiyə qədər 384 nəfər minaların qurbanı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər