Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolundakı məhdudiyyətlə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolundakı məhdudiyyətlə bağlı xəbərdarlıq edib


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna qoyulan məhdudiyyətlə bağlı xəbərdarlıq edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. 

Bildirilib ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

"BDYPİ hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir",- xəbərdarlıqda qeyd olunub. 

Oxşar xəbərlər

BDYPİ sürücülərə xəbərdarlıq edib
DYP Ələt-Astara-İran yolunda hərəkətin məhdudlaşması ilə bağlı xəbərdarlıq edib
Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
DYP Bakı-Şamaxı-Yevlax yolunda elektron tərəzi sisteminin quraşdırılması ilə bağlı xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər