Keçmiş məcburi köçkün: Otuz iki ildən sonra nəhayət ki, yurdumuza qayıdırıq
Otuz iki ildən sonra nəhayət ki, yurdumuza qayıdırıq.
“Sizinxeber.az” xəbər verir ki, bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Ramiz Teymurov deyib.
O, bildirib ki, Cəbrayıla çatan kimi əvvəlcə dünyasını dəyişmiş doğmalarının məzarlarını ziyarət edəcək: “Bizim baba-nənələrimizin hamısının məzarları oradadır. Gedib məzarları ziyarət edəcəyik. Təqaüdçüyəm, ömrümün bundan sonrakı hissəsini orada yaşayacağam”.
“Əvvəlcə ziyarətgahlara gedəcəyəm. Bundan sonra kəndimizə baş çəkəcəyəm. Müzəffər Ali Baş Komandanımız sağ olsun, Ordumuz onun rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - R.Teymurov əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq bu gün qismət oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: Ağrılı-acılı günlər keçmişdə qaldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












