İlyas İsmayılovla vida mərasimi keçirilib - YENİLƏNİB
Ədalət Partiyasının sədri İlyas İsmayılovla keçirilən vida mərasimi başa çatıb.
"Sizinxeber.az"un məlumatına görə, Heydər Məscidində baş tutan mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlyas İsmayılovun nəşi bu gün Nardaran qəbiristanlığında dəfn olunacaq.
Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.
"Sizinxeber.az"un məlumatına görə, Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
Oxşar xəbərlər
İlyas İsmayılov vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsult keçirən İlyas İsmayılovun vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tofiq Ağababayevlə vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hadi Rəcəbli ilə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlyas İsmayılov yenidən reanimasiyaya yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












