Bələdiyyə seçkilərində 5 milyon 961 min 625 nəfər səs verəcək
sizinxeber.az xəbər saytı

Bələdiyyə seçkilərində 5 milyon 961 min 625 nəfər səs verəcək


118 dairə üzrə 685 bələdiyyəyə üzv seçiləcək.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bələdiyyə seçkilərindəki seçicilərin sayı ölkə üzrə seçicilərin sayından az olacaq. Onun sözlərinə görə, seçici siyahısında 5 milyon 961 min 625 nəfərin adı var.

Qeyd olunub ki, bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 3-ü keçmiş məcburi köçkün dairəsidir: "125 dairənin 7-si azad edilmiş ərazilərə düşür. Onlarda seçkilər keçirilməyəcək. Buna görə bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur”.

Oxşar xəbərlər

MSK sədri: 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülənlərin sayı 3662 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər