BŞİH: Yasamalda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır
Bakının Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə "Sizinxeber.az"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi həmin 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verib:
"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ərazidən götürüləcək 161 quru ağacın yerində iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlayacaq. Hazırda qurumun əməkdaşları müvafiq orqanın verdiyi rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesini həyata keçirir".
Vurğulanıb ki, ərazidə abadlaşdırma işləri aparılacaq və velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq:
"Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz".
Oxşar xəbərlər
Yasamalda köhnə ağaclıq ərazidə park salınır - FOTO
Bakı Dövlət Sirkinin qarşısındakı qurumuş ağaclar müvafiq ekspertiza rəyi əsasında götürülüb
Gəncədə Heydər Əliyev Park-Kompleksindəki süni göl bərpa edilir - FOTO
Bakının mərkəzində tikinti altına düşən yaşıllıqlar köçürüləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6

