Yasamalda köhnə ağaclıq ərazidə park salınır - FOTO
Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya məlumat verilib.
“Bir müddət əvvəl sosial şəbəkə hesablarında Yasamal rayonunda yerləşən ağaclıq ərazi ilə bağlı yayılan məlumatlara dair bildirmək istərdik ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.
Oxşar xəbərlər
Gəncədə Heydər Əliyev Park-Kompleksindəki süni göl bərpa edilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DETX: Şuşadan Laçına gedən yolda bulağın ətrafının zibilliyə çevrilməsi barədə yayılan görüntülər araşdırılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı görüntülər araşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl rayonunda qanunsuz tikili sökülüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda növbəti iməclik keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












