Spiker: Ərazi bütövlüyü və suverenliyimizin bərpası xalqımızın həyatında müstəsna əhəmiyyətli hadisədir
sizinxeber.az xəbər saytı

Spiker: Ərazi bütövlüyü və suverenliyimizin bərpası xalqımızın həyatında müstəsna əhəmiyyətli hadisədir


Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilib.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker deyib ki, Prezidentin bu sərəncamı xalqımızın və dövlətimizin konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir: “Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub. Bu hadisə həm də ölkəmizin bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib.

İnamla demək olar ki, Konstitusiya və suverenlik ili milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək ölkə vətəndaşlarının gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcək”.

Oxşar xəbərlər

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker deputatlara irad bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Zəfər parkında olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
CHP sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Spiker: Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın fəaliyyəti preventiv xarakter daşıyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər