Ceyhun Bayramov: Dağ ekosistemini qorumaq üçün daha çox işlər görülməlidir
Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli dialoqda iştirak və çıxış edib.
"Sizinxeber.az" xəbər verir ki, bu baradə XİN məlumat yayıb.
Bildirilib ki, tədbirdə Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksək səviyyəli rəsmilər iştirak edib.
Ceyhun Bayramov, dağların Yer kürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onların təmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarının vacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımından əhəmiyyətindən bəhs edib.
Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqın və torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematik tədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.
BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrin müvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resursların səfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə, dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çox işlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
COP29 sədrliyi o cümlədən, dağ ekosistemi ilə bağlı iqlim problemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlü iqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.
Oxşar xəbərlər
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov “Buzlaqlar-2025: buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində çıxış edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov “Buzlaqlar-2025: Buzlaqların qorunması üçün qlobal tədbirlərin görülməsi” mövzusunda tədbirdə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












