Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim”
“Arzum budur, övladımı Füzulidə evləndirim”.
“Sizinxeber.az” xəbər verir ki, bunu keçmiş məcburi köçkün, Füzuli sakini Nərminə Quliyeva deyib.
“Sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlar şəhidlərimizin, qazilərimizin sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz sağ olsun ki, pis günlərimizi yaddan çıxardı”, - keçmiş məcburi köçkün deyib.
“Füzulini ailəmlə tərk etmişdim. İndi yurduma doğmalarımla, övladlarımla qayıdıram”, - N.Quliyeva vurğulayıb.
Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.
Oxşar xəbərlər
Füzuli sakini: “Çox həyəcanlıyam”
Fazil Ağayev: “Bu günü bizə nəsib edən Ali Baş Komandana minnətdaram”
Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm”
Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”
Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













