Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”
“Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”.
Bu sözləri “Report”a Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Asif Zülfüqarov deyib.
O, sevinc hisslərini açıq büruzə verib:
“Hislərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu hissi ancaq yaşayanlar bilər. Elə bir sevinc içindəyəm ki, hislərimi təsvir edə bilmirəm.
Mən Zabuxu tərk edəndə 30 yaşım vardı, nisbətən gənc idim. Amma indi 61 yaşımda təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram. Bunu yaşayanlar hiss edə bilər”.
“Allah bütün şəhidlətimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz hər zaman cənab Prezidetimizin ətrafında birləşmişik. İnşallah digər rayonlarımızın da bütün sakinləri geri qayıdar”, - keçmiş məcburi köçkün əlavə edib.
“Mən rabitəçiyəm. Orda da işlə təmin olunacağam. Laçına gedənlərin hamısı işlə təmin olunub. Bizim üçün gözəl, rahat evlər tikiblər. Bundan yaxşı nə ola bilər”, - Asif Zülfüqarov deyib.
Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.
Oxşar xəbərlər
Laçın sakini: “Bu gün hamımız sevincliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında məskunlaşan daha 20 ailəyə açarlar verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçatryan mənə işgəncə verəndə 18 yaşım vardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












