Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”
sizinxeber.az xəbər saytı

Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb”


“Bu xoş günləri bizə yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib, valideynlərinə təşəkkür edirəm”.

“Sizinxeber.az” xəbər verir ki, bu fikirləri Bakıdan Laçının Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Alıyev Barış deyib.

Doğma evindən didərgin düşəndə 4 yaşı olan Barış deyib: “Bu günə min dəfə şükürlər olsun. Neçə vaxt idi ki, Laçına, Zabux kəndinə qayıdacağımız günü gözləyirdik. Artıq həsrət başa çatıb”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülür.

Oxşar xəbərlər

Zabuxa qayıdan sakin: “Atamın, anamın doğulduğu yeri görəcəyəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın sakini: “Bu gün hamımız sevincliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Zabuxa çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkünlər doğma yurdlarından dövlət başçısını təbrik ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər