Fazil Ağayev: “Bu günü bizə nəsib edən Ali Baş Komandana minnətdaram”
sizinxeber.az xəbər saytı

Fazil Ağayev: “Bu günü bizə nəsib edən Ali Baş Komandana minnətdaram”


“Bu günü bizə nəsib edən Ali Baş Komandana minnətdarlığımı bildirirəm”.

“Report” xəbər verir ki, bunu keçmiş məcburi köçkün, Füzuli sakini Fazil Ağayev deyib.

“Bu gün mənimçün xoş gündür. Çünki yurduma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Keçmiş məcburi köçkün qeyd edib ki, Birinci Qarabağ müharibəsində iştirak edib. Mən iyirmi doqquz ildir Füzulini tərk etmişəm. Altmış iki yaşımda ora qayıdıram”, - F.Ağayev deyib.

O, vurğulayıb ki, yurd hər bir insan üçün çox əzizdir: “Həm kədərliyəm, həm də sevincliyəm. Ona görə kədərliyəm ki, döyüş yoldaşlarımı itirmişəm. Allah hamısına rəhmət eləsin. Şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin qanı, canı hesabına yurdumuza qayıdırıq.

Bütün dünya gördü ki, bizim güclü ordumuz var. Allah ordumuzu qorusun”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.

Oxşar xəbərlər

Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzuli sakini: “Çox həyəcanlıyam” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçın sakini: “Bu gün hamımız sevincliyik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zabux sakini: “Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər