Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm”
“Həmişə arzulamışam ki, öz doğma yurdumda, elimdə, obamda yaşayım-yaradım, bu gün arzularıma qovuşuram”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rasim Həsənov deyib.
O qeyd edib ki, pedaqoji fəaliyyətini Füzuli şəhərində davam etdirmək niyyətindədir:
“31 yaşımda öz doğma el-obamdan didərgin düşmüşdüm. 30 ildir köçkün həyatı yaşayıram. Sumqayıtda, 15-ci məhəllədə yaşayırdım. Bu gün isə doğma Füzulimə qayıdıram. Sumqayıtda riyaziyyat müəllimi işləmişəm. Ən böyük arzum idi öz elimdə yaşayıb-yaratmaq. Ali Baş Komandanın, müzəffər Ordumuzun sayəsində bu gün arzularıma qovuşuram. Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm. Məşğulluqla bağlı problemimizin həll olunacağını, Füzulidə işlə təmin olunacağımı deyiblər. Çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 25 ailə (112 nəfər) köçürülür. İndiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.
Oxşar xəbərlər
Füzulidə DİN-in üç əməkdaşı yol qəzasında həyatını itirib
Komitədə görüş: Xankəndiyə qayıdış...
Bu ərazilərdə sıfırdan yeni şəhər və kəndlər inşa edirik
Zakir Həsənov: "Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"
Prezident şəhidlərimizdən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin ortaqları barədə məlumat yoxdur
-
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
-
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
-
Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur
-
Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşüb, qadınlar xəsarət alıb
-
Gələn il səhiyyə xərcləri 7 faiz çox olacaq