Ötən həftə azad olunan ərazilərdə 205 mina zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Ötən həftə azad olunan ərazilərdə 205 mina zərərsizləşdirilib


Azad olunan ərazilərdə oktyabrın 21-27-də 43 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 2777 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1157 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Oxşar xəbərlər

Ötən həftə azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunmuş ərazilərdə 110 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdə ötən həftə aşkarlanan mina sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilmiş ərazilərdə 249 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sentyabrın ilk həftəsində azad olunmuş ərazilərdə 86 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər