Bakı Təşəbbüs Qrupu "Müstəmləkəçiliyə qarşı mübarizədə ən kreativ ideya" adlı müsabiqəsi keçirir
Bakı Təşəbbüs Qrupu (BTQ) "Müstəmləkəçiliyə qarşı mübarizədə ən kreativ ideya" adlı müsabiqəsi keçirir.
"Sizinxeber.az" xəbər verir ki, bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir və ilkin mərhələdə BTQ könüllüləri arasında təşkil olunacaq.
Sonradan müsabiqənin ölkə gəncləri, eləcə də müstəmləkə altında yaşayan xalqların gəncləri arasında həyata keçirilməsi planlaşdırılır. Layihələrin qəbulu 20 sentyabr - 20 oktyabr tarixləri arasında olacaq. Müsabiqəyə BTQ könüllüləri qrupunda qeydiyyatda olan hər kəs müraciət edə bilər.
Müsabiqə müstəmləkəçiliyin bütün növlərinə qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sivil mübarizə yollarının araşdırılması, kolonializm və neokolonializmin aradan qaldırılması ilə bağlı müasir metod və texnologiyalardan istifadə etməklə yeni ideyaların təşviq edilməsi, kolonializm və neokolonializmin müxtəlif sahələr üzrə yaratdığı problemlərə qarşı daha dayanıqlı alternativ mübarizə istiqamətlərinin müəyyənləşdirilməsi, habelə istedadlı BTQ könüllülərinin cəmiyyətə təqdim edilməsi məqsədilə həyata keçirilir.
Müsabiqə qalibləri xüsusi diplomlar və qiymətli hədiyyələrlə təltif ediləcək.
Oxşar xəbərlər
Bakı Təşəbbüs Qrupu BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
