Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar parlament seçkilərində səs verə biləcəklər
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə seçkilərdə səs verə biləcəklər.
Bunu "Sizinxeber.az"a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb:
"Bu bizim üçün çox önəmli məqamdır. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar parlament səçkilərində səs verə biləcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçiciyə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












