İsmayıllıda əmək yarmarkası təşkil olunub
İsmayıllı rayonunda, Heydər Əliyev adına parkda əmək yarmarkası təşkil olunub.
Dövlət Məşğulluq Agentliyindən "Report"a verilən məlumata görə, yarmarkada 16 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib.
Yarmarkada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak edərək işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.
Oxşar xəbərlər
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
