Azad olunmuş ərazilərdə təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb
Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin azad edilən ərazilərdə seçicilərlə görüşü üçün ümumilikdə 25 təşviqat yerləri ayrılıb.
“Sizinxeber.az” xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb.
Təşviqatın aparılmasına görə azad olunmuş ərazilərdə seçicilərlə görüş üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb.
Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb.
Təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Oxşar xəbərlər
Parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyənləşdirilən yerlərin siyahısı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təşviqat üçün 5 155 yer ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
WP: Məxfi Xidmət Trampa qapalı ərazilərdə mitinqlər keçirməyi tövsiyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fidan: Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












