QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edilib
sizinxeber.az xəbər saytı

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edilib


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyi məlumat verib.

Bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix oktyabrın 22-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti kiçik qrant müsabiqələri üzrə 15000 manat (icra müddəti 6 ayadək), orta qrant müsabiqəsi üzrə 30000 manat (icra müddəti 9 ayadək), böyük qrant müsabiqəsi üzrə 50000 manat (12 ayadək).

MƏLUMAT YENİLƏNİR...

Oxşar xəbərlər

Yaxın günlərdə 2026-cı il üzrə qrant müsabiqələri elan ediləcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi gələn il üzrə qrant müsabiqələrini elan edib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 407 layihəni qrant müsabiqəsinin qalibi seçib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələri elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər