Ağdam sakini: Keçirdiyim hissləri dillə ifadə etmək çətindir
sizinxeber.az xəbər saytı

Ağdam sakini: Keçirdiyim hissləri dillə ifadə etmək çətindir


Keçirdiyim hissləri dillə ifadə etmək çətindir.

Bunu “Sizinxeber.az”a Ağdam rayonunun Xıdırlı kənd sakini Amil Qurbanov deyib.

O, qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur: “Çox sevincliyik. Allaha şükür ki, yurdumuza qayıdırıq.

Bizim doğma yurdumuza qayıdışımızda rolu olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Prezidentimizə, Ali Baş Komandanımıza minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Azad olunan ərazilərimizə qayıdışımız onların sayəsindədir”.

A.Qurbanov qeyd edib ki, Ağdamı tərk edəndə yeniyetmə imiş: “Mən Ağdamı məcburi tərk edəndə 13 yaşım vardı. Bu illər ərzində övladlarıma Qarabağ barəsində o qədər danışmışdım ki, yalan olmasın, həmin yerləri bizdən yaxşı tanıyırlar.

Şükür Allaha, işğaldan azad olunan ərazilərimiz gündən-günə çiçəklənir. Ağdamı yerlə-yeksan etmişdilər. Amma indiki Ağdama baxanda adamın ürəyi fərəhlənir. Yurduma ailəmlə - həyat yoldaşım, iki qızım, bir oğlumla qayıdıram. Məcburi köçkün həyatı bitib”.

Qeyd edək ki, Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb. Belə ki, daha 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Oxşar xəbərlər

Ağdam sakini: Yurdumu tək tərk etmişdim, həyat yoldaşım, övladlarımla qayıdıram
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindir
Cəbrayıl sakini: “Bu sevinci bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər