Ədliyyə naziri Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Ədliyyə naziri Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov Qubada vətəndaşları qəbul edib.

Nazirlikdən "Sizinxeber.az"a verilən məlumata görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Bildirilib ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov Neftçalada vətəndaşları qəbul edib
Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib
Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər