Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
fev
2025
10:50
0
0
1 508
ff

Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib

01 fev, 2025
10:50
1 508

Ədliyyə naziri Astarada vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov 31 yanvar tarixində Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

×
×