Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
sizinxeber.az xəbər saytı

Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq


Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir:

"Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq".

Xatırladaq ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Oxşar xəbərlər

Daşınmaz əmlakla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilmə qaydası təsdiqlənib
Ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər