DMX rəisi dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti dəfə görüşüb.
"Report" xəbər verir ki, bu barədə DMX məlumat yayıb.
Məlumata əsasən, görüşdə mentorluq proqramı çərçivəsində görülmüş işlərə nəzər salınıb, bu sahədə Şahlar Məmmədovun qazandığı yeni biliklər, növbəti addımlar və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovun mentorudur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
DMX rəisi IV “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
Anar Bağırov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
