Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı
sizinxeber.az xəbər saytı

Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı


Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, zəruri tədbirlərin görülməsi Müdafiə və Maliyyə nazirliklərinə həvalə olunub.

Bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirdən hərbçilərin maaşı ilə bağlı sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər